Avstraliyanın cənub-şərqindəki Viktoriya ştatında nəzarət altına alınmayan meşə yanğınlarında 14 min hektardan çox ərazi yanaraq külə dönüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Avstraliyanın cənub-şərqindəki Viktoriya ştatının qərbindəki meşə yanğını ilə mübarizə üçün 1000 yanğınsöndürən ayrılıb.
Viktoriya ştatının prezidenti Jacinta Allan sosial media hesabında yazıb
ABC TV-yə danışan Avstraliyanın fövqəladə halların idarə olunması naziri Murray Watt, ştatın qərbindəki Beaufort qəsəbəsində 5-10 evin yandığını və zərər görən mülklərin sayının arta biləcəyini bildirib.
Səlahiyyətlilər küləyin yanğını şimal-şərqə itələdiyini və Beaufort şəhəri ətrafındakı yaşayış məntəqələrinin yanğın təhlükəsi ilə üzləşdiyini bildirib.