Azərbaycan müxalifətində xəstə təxəyyül var” – Sərdar Cəlaloğlubackend

Azərbaycan müxalifətində xəstə təxəyyül var” – Sərdar Cəlaloğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Azərbaycan arasında münaqişə birmənalı bitib. Yalnız Xankəndi iqtisadi ərazisində və bəzi yaşayış məntəqələrində qeyri-qanuni silahlı separatçı dəstələr fəaliyyət göstərir. Yəni klassik Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin işğal edilməsi məsələsi faktiki başa çatıb. Ərazilərin böyük hissəsi işğaldan azad edilib. Bəli, Xankəndi ərazisində Azərbaycanın süverenliyi məhdudlaşdırılıb, çünki orada separatçı qüvvələr var. Eləcədə rus sülhməramlıları. Amma klassik mənada Qarabağ münaqişəsi artıq başa çatıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan müxalifətinin radikal qanadı və onun uzantılarının guya müharibənin bitmədiyi haqda gündəm yaratmaq istəklərini şərh edərkən deyib.

Partiya sədri bu mənada müxaifətin radikal qanadının “müharibə bitməyib” iddiasının əsassız olduğunu bildirir.

Onun sözlərinə görə ki, əslində Azərbaycan müxalifətində xəstə təxəyyül var: “Bu da onunla əlaqəlidir ki, iqtidarla müxalifətçilik etmək üçün istənilən əsassız arqumentdən istifadə edilir. Mən radikal müxalifətin müharibəyə dair apardığı təbliğatı bu amillə izah edirəm. Bu da, əslində əsassız yanaşmadır və müsbət tənqid kimi qiymətləndirilə bilməz”.

S. Cəlaloğlu əlavə edib ki, əslində Azərbaycan iqtidarına opponetlik etmək və tənqid üçün kifayət qədər imkan və əsaslar var: “Burada yalançı arqumentlərdən istifadə edilməsi həmin müxalif dairələrə son nəticədə heç bir xeyir gətirə bilməz. Odur ki, əgər bunu qərəzli şəkildə edirlərsə, pislənməlidir.

Ölkə müharibə aparıb, böyük torpaqları işğaldan azad edib. Bu faktdır. İqtidarı buna görə necə tənqid edə bilərsən? Məncə, belə fəaliyyət xalq tərəfindən də rədd ediləcək. Hesab edirəm ki, müxalifətçilik və tənqid real əsaslara dayanmalıdır”.

ADP sədri diqqətə çatdırıb ki, əsassız, yalan məlumatlar üzərində tənqid son nəticədə ifşa olunur və həmin şəxslərə inam itir: “Çox təəssüflər olsun ki, bizim müxalifətin bəzi dairələri tənqidini əsassız və şər-böhtan üzərində qurur. Bunun da sonu acı nəticədir. Hər halda dünyada və regionda yaranan reallıqları anlamaq lazımdır”.