Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 106 il ötür.
Bu bayram artıq dördüncü ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.
Müstəqillik Günü münasibətilə Azad Vətən Partiyasının sədri Akif Nağı İnterpress.az-ın qonağı olub.
Siyasətçi Müstəqillik Günü münasibətilə ürək sözlərini bölüşüb.
“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ölkəmizin, millətimizin 5 min illik dövlətçilik tarixi yeni keyfiyyət halında bərpa olundu, yeni tipli dövlət yarandı. 5 min il ərzində Azərbaycanda ən qədim dövlətimiz mövcud olubdu. Bu dövlətə zaman-zaman tecavüzlər də olubdu, müstəqilliyimizə qəsdlər də olubdu. Amma bütün mübarizələrdən biz qalibiyyətlə çıxmışıq və bir millət olaraq 5 min il ərzində dövlətçiliyimizi davam etdirmişik.
19-cu əsrin əvvəllərində dünyaya meydana oxduğu bir dövrdə bir tərəfdən Türkiyəni, bir tərəfdən Fransanı məğlub edən bilən güclü Rusiya imperiyası Azərbaycana da təcavüz etdi və Azərbaycanda o dövrdə siyasi pərakəndəlik dövrü idi. Çox çətiniklə müqavimət göstərdik.
Gəncə müqavimət göstərdi, Bakı müqamət göstərdi, Quba müqamət göstərdi, digər bölgələrimizdə də rusların bu təcavüzünə qarşı İrəvan, Naxçıvan müqamət göstərdi. Yəni, çox böyük qanlar töküldü, ağır döyüşlərdən sonra bu müharibənin nəticəsi olaraq Rusiya Azərbaycanın şimal torbaqlarını işğal etdi.
Yüz il ərzində Azərbaycan xalqı geriyə çəkilmədi. Üsyanlar oldu, hərəkatlər oldu, ideoloji iş aparıldı, azadlıq uğrunda mübarizə davam etdi. Nəhayət, 1918-ci ildə Rusiya İmperiyasına qarşı mübarizə özünün nəticəsini verdi və Azərbaycanın müstəqil dövlətçiliyi bərpa olundu. Bu, yeni tipli bir dövlət idi. O dövrdə bütün dünyada yeni tipli dövlətlərin yaranması prosesi gedirdi.
Yəni konstitusiyası, respublikalı parlament üsul-idarəsinin əsas şərtləri olan dövlətlər formalaşırdı. Onların ön sırasında və nümunəvi dövlətlərdən biri də bizdə yarandı – Azərbaycan Xalq Kömüriyyəti. Çox vaxt deyirlər ki, Şəriqdə, Türk dünyasında ilk Xalq Cümhuriyyəti idi. Ümumiyyətlə, belə hesab etmək olar ki, Azərbaycanda yaranan dövlət dünyada yaranan ilk yeni tipli dövlətlərdən biri idi.
Bu dövlət keçmiş Rusya İmperiyasının ərazisində yaranan yeni tipli dövlətlərin hamısından üstün idi. Hətta Rusiyanın özündə yaranan dövlətdən üstün idi. Yeni tipli dövlət orada burjua İnqilabından sonra yaranmışdı və dərhal da orada çevriliş baş verdi. Çevriliş nəticəsində bolşeviklər gəldi hakimiyyətə. Yəni dövlət kimi özlərini müdafiə edə bilmədilər.
Gürcülərin də dövləti bizdən çox geridə qalırdı, ermənilərin dövlətindən danışmaq heç yeri deyildi, yəni yarımçıq bir şey yaratdılar. Digər millətlərlə müqayisədə məhz Azərbaycan dövləti ön planda idi.
O dövrün böyük şəxsiyyətləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xosrov bəy Sultanov və digər böyük şəxsiyyətlər bu, dövlətin rəhbərliyində dayandılar. Bu cür şəxsiyyətlər o dövr yaranan Avropada və bizim ətrafımızda yaranan dövlətlərin heç birinin rəhbərliyində yox idi. Lakin Rusiyanın Sovet İmperiyası adı altında yenidən işğalı nəticəsində süqut etdi.
Bunun Azərbaycanın müstəqilliyi yolunda çox böyük tarixi rolu oldu. Bu gün 1991-ci ildə bərpa olunmuş respublikamıza görə biz o ənənəni davam etdirdik. Azərbaycan millətinin, Azərbaycan xalqının qalibiyyətli dövlətçilik ənənəsi bu günlərdə də davam etdirilir. Topraqlarımızı, ərazilərimizi erməni işğalından, onların arxasında dayananlardan azad etdik və yenidən üç rəngli bayrağımızı İşğaldan azad olmuş ərazilərimizdə dalğalandırdıq”, – Akif Nağı bildirib.
Daha sonra o, bayram münasibəti ilə təbriklərini çatdırıb.
“Bu günlərdə də Azərbaycanda həmin proses gedir, ənənənə davam etdirilir. Azərbaycan Prezidenti bu gün işğaldan azad olmuş ərazilərimizdə – Ağdamda, Xocalıda və digər yerlərdə bu bayramı qeyd edir. Bu, bir simvolik işarədir ki, biz öz ərazi bütövlüyümüzü və Azərbaycan Xalq Cumhuriyyətinin ənənələrini bərpa etdik, sadiqliyimizi göstərdik. Bu, böyük bir qələbə idi.
Bu günlərdə Azərbaycan o qələbə əhval-ruhiyyəsində yaşayır. Bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını, Azərbaycan siyasi rəhbərliyini, Prezidenti İlham Əliyevi, ölkənin birinci vise-prezidenti Mehriban xanım Əliyevanı, bütün Azərbaycanı təbrik edirik”, – partiya sədri qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az