Azərbaycan Xankəndiyə İLK MƏMURU təyin etdi – FOTObackend

Azərbaycan Xankəndiyə İLK MƏMURU təyin etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

29 ildən sonra Xankəndində ilk azərbaycanlı vəzifəyə təyin edilib.

Xankəndi şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinin icrası Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Bəşirov Rac Şükür oğluna həvalə edilib.

Rac Bəşirov Xankəndi və Xocalı şəhər icra və probasiya şöbələrinə rəhbərlik edəcək. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir.

Xatırladaq ki, 29 ildən sonra ilk dəfədir ki, Xankəndində rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib.

Artıq Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinlərinin müraciət edə biləcəkləri hüquq orqanı var.

Rac Bəşirov

 

İnterpress.az