Keçmiş BCM prokuroru bütün dünya ermənilərini Bakıda COP29-a qarşı kampaniya başlatmağa çağırıb.
interpress.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo ermənilərə məktub ünvanlayıb. O, bu məktubu X səhifəsində dərc edib.
O, erməniləri birləşməyə və bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına (COP29) qarşı media kampaniyası başlatmağa çağırıb.
“Ermənilər, siz 1915-ci il soyqırımının külündən yenidən doğulanlarsınız. Bu gün dünya səhnəsində ədaləti və həqiqəti müdafiə etmək üçün unikal imkanınız var. Siz Azərbaycanı ifşa edə bilərsiniz”, – təxribatçı məktubunda bildirib.
Xuraman Etibarlı
İnterpress.az