Azərbaycanda bu rektor universitetin bütün kollektivinə PUL PAYLADIbackend

Azərbaycanda bu rektor universitetin bütün kollektivinə PUL PAYLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov ali təhsil müəssisəsinin 60 illik yubileyi münasibətilə kollektivə pul paylayıb.

İnterpress.az xəbər verir ki, rektor universitetin işçilərinə əlavə pul mükafatı verilməsi ilə bağlı əmr imzalayıb.

Belə ki, əmrə əsasən universitet əməkdaşlarının maddi rifahının yaxşılaşdırılması üçün bütün əməkdaşlara pul mükafatı verilib.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov tərəfindən işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Yeni il öncəsi, Novruz, Ramazan və Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur.