Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandıbackend

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

Məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək.

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi.

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.

 

İnterpress.az