Azərbaycanda kütləvi dava – xəsarət alanlar varbackend

Azərbaycanda kütləvi dava – xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda kütləvi dava olub

Hadisə Xaçmaz şəhərinə yaxın, ət kombinatı adlanan ərazidə baş verib.

Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib.

Hadisə zamanı səkkiz nəfər birləşərək iki qardaşı – 1989-cu il təvəllüdlü Yaqubov Tural Yaşar oğlunu və onun qardaşı Yaqubov Anar Yaşar oğlunu döyüblər.

Xəsarət alan iki qardaş təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.