Bakıda avtobus dayanacağında biabırçılıq: qadını kimsəsiz sahəyə aparıb zorladıbackend

Bakıda avtobus dayanacağında biabırçılıq: qadını kimsəsiz sahəyə aparıb zorladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadını zorlamaqda təqsirləndirilən Sənan Həsənovun (şərti) cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Sənan Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Sənan Həsənov Bakı şəhəri, “Nizami” metrostansiyasının yaxınlığında yerləşən avtobus dayanacaqlarının birində əvvəllər tanımadığı yüngül həyat tərzi keçirən zərərçəkmiş Nanə Əliyevaya (şərti) yaxınlaşıb cinsi ehtirasını təmin etmək məqsədi ilə zorlamaq qərarına gəlib. O, qadına 30 manat müqabilində cinsi əlaqədə olmaqla bağlı yalan vəd verib, öz yaşadığı evə aparmağına dair aldadıb.

Sənan zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi özünə məxsus “Opel Astra” markalı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük yaşayış massivi, nömrəsiz dalanların birindəki kimsəsiz sahəyə gəlib. Daha sonra Sənan Nanənin üzərinə hücum edib sifət nahiyəsinə yumruq və təpik zərbələri endirib. Bu zaman qadın yerə yıxılıb və Sənan onu döyərək zorlayıb.

Hadisədən sonra qadın polisə şikayət edib və Sənan saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Fuad Rövşənoğlu
İnterpress.az