Bakının Suraxanı rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
İnterpress.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Rzazadə Mələk Səlim qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.