Bakıda yük avtomobili aşıb: Mərkəzi yolda hərəkət məhdudlaşdırılıb – VİDEObackend

Bakıda yük avtomobili aşıb: Mərkəzi yolda hərəkət məhdudlaşdırılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Tbilisi prospekti ilə Cavadxan küçəsinin kəsişməsindən 20 Yanvar dairəsi adlanan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, gecə saatlarında 20 Yanvar dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb: “Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin struktur qurumlarının xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib”.