Bakının təcrübəsindən faydalana bilərik – Venislavskibackend

Bakının təcrübəsindən faydalana bilərik – Venislavski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qarabağda beynəlxalq ali sənədlərlə də tanınan öz konstitusion hüququnu bərpa edib.

bunu Report-a açıqlamasında Ukrayna Ali Radası (parlament) Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin hakim “Xalqın xidmətçisi” partiyasından üzvü, deputat, Prezident Vladimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fedor Venislavski bildirib.

O qeyd edib ki, Azərbaycanın ötən il öz tarixi torpaqlarını azad etməsi hörmətəlayiqdir:

“Bu nümunə bir daha göstərir ki, müvəqqəti işğal olunmuş ərazilər gec-tez öz sahibinə qaytarılacaq. Ukrayna xalqı bu baxımdan Azərbaycan xalqını dəstəkləyir. Azərbaycanın uzun illər boyu öz ordusunu gücləndirməsi münaqişəni minimum itkilərlə həll etməyə imkan verdi. Ukrayna gələcəkdə bu təcrübədən faydalana bilər”, – deyə, o əlavə edib.