Bayden Rusiyaya qarşı 500-dən çox yeni sanksiyaları açıqlayıbbackend

Bayden Rusiyaya qarşı 500-dən çox yeni sanksiyaları açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldiklərini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ağ Evin rəsmi saytında verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden Rusiya ilə Ukrayna arasında müharibənin ikinci ili ərəfəsində dərc olunan mesajında ​​Navalnının ölümü ilə əlaqədar Moskvaya qarşı yeni sanksiyalar elan edib.

Bayden bəyan edib ki, Navalnının ölümü və Rusiya-Ukrayna müharibəsinin ikinci ili ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq olunacaq.

Bayden sanksiyaların Rusiyanın maliyyə və müdafiə sektorunu, eləcə də “Navalnının həbsi ilə əlaqəsi olan” insanları əhatə edəcəyini vurğulayıb. O deyib ki, sanksiyalar Putini xaricdəki təcavüzünün və daxildə təzyiqinin daha ağır bədəlini ödəyəcək.

Sanksiyalara əlavə olaraq Bayden 100-ə yaxın təşkilatın Rusiyaya dolayı dəstək verməsi səbəbiylə yeni ixrac məhdudiyyətlərinin tətbiq edildiyini qeyd edib.