Belçika Fransada istehsalı dayandırılan iPhone 12 model telefonun buraxdığı radiasiya miqdarına görə yoxlanıldığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belçikanın Rəqəmsallaşma üzrə Xarici İşlər Naziri Mathieu Mişel, yazılı açıqlamasında, Belçika Poçt Xidmətləri və Telekommunikasiya İnstitutundan (BIPT) iPhone 12-nin “potensial təhlükəsini” təhlil etməsini istədiyini söylədi. Başda Apple qrupu olmaqla bütün cihazların müəyyən bir cədvəl üzrə yoxlanılmasını istədiyini bildirən Mişel, cihazların yaydığı elektromaqnit dalğalarının mövcud Avropa Birliyi (AB) qanunvericiliyinə uyğun olaraq təhlil edilməsini və düzəldici tədbirlərin görülməsini tələb etdiyini qeyd edib.
Fransada elektron cihazların yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən qurum, 141 telefon modeli üzərində aparılan yoxlamalarda iPhone 12-nin Avropada icazə verilən radiasiya miqdarını keçdiyinin müəyyən edildiyini açıqlayıb. Avropada telefon cibdə və ya əldə saxlanarkən radiasiya miqdarının 4W/kq olması tələb olunduğu halda, iPhone 12 model telefonda bu miqdarın 5,74 Vt/kq olduğu ortaya çıxıb.