100-dən çox belçikalı fermer etiraz aksiyası keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, 100-dən çox belçikalı fermer Avropa Komissiyasının Latın Amerikası ölkələri ilə azad ticarət sazişi imzalamaq niyyəti ilə bağlı etiraz aksiyası keçirib.
Onların bəziləri traktorları ilə Brüsselin mərkəzinə gəliblər.
Onlar qorxurlar ki, bu regiondan daha ucuz məhsullar Aİ bazarında qiymətlərin aşağı düşməsinə səbəb olacaq.
Xuraman Etibarlı
İnterpress.az