Belqorodun atəşə tutulması nəticəsində azı 8 nəfər yaralanıbbackend

Belqorodun atəşə tutulması nəticəsində azı 8 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində biri uşaq olmaqla səkkiz nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

“İlkin məlumata görə, səkkiz nəfər yaralanıb: yeddisi böyük, biri uşaq”, – Qladkov açıqlayıb. Onun sözlərinə görə, dörd nəfər qəlpə yaraları ilə yerli xəstəxanalardan birinə çatdırılıb, ayağından qəlpə yarası alan 11 yaşlı qız isə vilayət uşaq klinik xəstəxanasına aparılıb.

O əlavə edib ki, üç zərərçəkmişə yerindəcə tibbi yardım göstərilib, onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər.

Region başçısı qeyd edib ki, hava hücumundan sonra bir fərdi evə və 19 çoxmərtəbəli binada 34 mənzilə ziyan dəyib. Bundan başqa, 37 nəqliyyat vasitəsi zərər görüb.