Bernard Devit: Qazaxıstanın Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləmək təşəbbüsünü alqışlayırıqbackend

Bernard Devit: Qazaxıstanın Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləmək təşəbbüsünü alqışlayırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləmək, həmçinin danışıqlar üçün platforma yaratmaq təşəbbüsü Belçika-Çin Ticarət Palatası tərəfindən müsbət qiymətləndirilib.

İnterpress.az xəbər verir ki, bunu Belçika-Çin Ticarət Palatasının sədri Bernard Devit “Trans-Xəzər dəhlizi: biznesiniz üçün imkanlar” adlı vebinarda deyib.

Onun sözlərinə görə, regionda münasibətlərin normallaşdılması vacibdir, çünki regional ölkələr arasında lazımi koordinasiya olmadan Orta Dəhliz səmərəli fəaliyyət göstərə bilməyəcək.

Mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqlar olub. Görüşün yekununda tərəflər hələ də fikir ayrılıqları mövcud olan açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.