BioNTech Afrikada ilk peyvənd fabrikini açıbbackend

BioNTech Afrikada ilk peyvənd fabrikini açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman biotexnologiya şirkəti BioNTech Afrikadakı ilk peyvənd fabrikini Ruandanın paytaxtı Kiqalidə açıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. “BioNTainer” adlı qablardan ibarət olan və tikintisinə 2022-ci ildə başlanılan fabrik Afrika ölkələri üçün mRNT əsaslı vaksinlər istehsal edəcək.

Fabrikin açılışında Ruanda prezidenti Paul Kaqame BioNTech şirkətinin baş direktoru və həmtəsisçisi Prof. Dr. Uğur Şahin və qonaqlar qatılıb.

Şahin açılışdakı çıxışında Afrikada davamlı mRNT peyvəndi ekosistemi qurmaq istədiklərini ifadə edib.

Prezident Kaqame bildirib ki, istehsal müəssisəsi qitənin vaksin əldə etmək imkanı üçün dönüş nöqtəsidir.

Kaqame Afrikada 30 il çəkəcəyi deyilsə də qısa müddətdə peyvənd istehsalı müəssisəsinin qurulduğunu vurğulayıb.

2025-ci ildə tam gücü ilə fəaliyyətə başlayacaq müəssisədə ildə 50 milyon dozaya qədər peyvənd istehsalı planlaşdırılır.

Afrika İnkişaf Bankının məlumatlarına görə, qitə ölkələri ehtiyac duyduqları dərmanların 70 faizini idxal edir və peyvəndlərin yalnız 1 faizini istehsal edir.

2022-ci ilin iyununda təməli qoyulan istehsal müəssisəsi Afrika ölkələrinin mRNT vaksinlərinə daha sürətli çıxışını asanlaşdıracaq.

Covid-19-a əlavə olaraq, şirkət burada insanlar üzərində sınaqdan keçiriləcək yeni hazırlanmış mRNA əsaslı malyariya və vərəm peyvəndlərini istehsal etməyi hədəfləyir.