BMT Baş katibi dünya ölkələrinə xəbərdarlıq edibbackend

BMT Baş katibi dünya ölkələrinə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyadakı çıxışı zamanı Rusiya və Ukrayna arasındakı müharibə, dünyanın üzləşdiyi problemlər, o cümlədən iqlim dəyişikliyi və dünyanın bir sıra ölkələrindəki yoxsulluğa toxunub.

BMT-nin Baş katibi çıxışında Rusiya-Ukrayna müharibəsinin genişlənəcəyi ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib.
O Rusiya ilə Ukrayna arasında daha böyük müharibə olduğunu qeyd edərək, sülhə olan ümidlərin getdikcə azaldığını bildirib.
Quterreş İsrail-Fələstin münaqişəsi, eləcə də Əfqanıstan, Myanma, Haiti və Sahel bölgələri də daxil olmaqla sülhü təhdid edən digər münaqişələr barədə də danışıb.
Həmçinin BMT Baş katibi çıxışında sülhə yanaşmanın dəyişdirilməsini vacib hesab edib: “Bütün ölkələr BMT Nizamnaməsindəki öhdəlikləri yerinə yetirərsə, dünyada sülh hüququ təmin ediləcək”.