BMT baş katibinin keçmiş müşaviri: “Heç bir halda əyani təhsil 1 noyabrdan əvvəl başlamamalıdır”backend

BMT baş katibinin keçmiş müşaviri: “Heç bir halda əyani təhsil 1 noyabrdan əvvəl başlamamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan və Azərbaycan qonşu, qardaş dövlətlərdir. Ona görə də, Gürcüstanda koronavirusla bağlı hər şeyin yaxşı olduğunu, Azərbaycanda isə hər şeyin pis olduğunu təsəvvür etmək sadəcə mümkün deyil”.

İctimai sağlamlıq üzrə mütəxəssis, Peyvənd və İmmunizasiya Qlobal Alyansının (GAVI) müşaviri və BMT Baş Katibinin keçmiş müşaviri, professor Giorgi Pxakadze bu barədə Oxu.Az-a açıqlamasında bildirib.

“Təəssüf ki, koronavirusun “Delta” ştammı birbaşa uşaqları və hamilə qadınları “vurur”. Bu kateqoriyalı əhaliyə mRNA peyvəndi vurulmalıdır”, – deyə o bildirib.

Professor məktəblərin açılması məsələsinə də toxunub:

“ABŞ-ın bəzi ştatlarında dərslər artıq başlayıb və iki həftə ərzində məktəblərin 60 %-i bağlanıb. Uşaqlar xəstəxanalarda və ya karantindədir. Niyə belə olur? Uşaqlara peyvənd vurulmur! Koronavirusun “Delta” ştammı təhlükəlidir. Ölkələrimizdə yoluxmuş insanların sayını ikiyə, Hindistanda isə 10-a vurmaq lazımdır.

Dərs ilinin başlanmasını təxirə salmaq, “Delta”nın azalmasını gözləmək lazımdır. Bu, sentyabrın sonu və ya oktyabrın əvvəlində baş verəcək. Bundan sonra təhlükəli müddət daha iki həftə davam edəcək. Beləliklə, heç bir halda 1 noyabrdan əvvəl əyani təhsilə başlamaq olmaz, ancaq distant təhsilə heç bir şey mane olmur”.