BMT İsraili qara siyahıya salıb.
interpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.
BMT-nin baş katibi Quterreş İsrailin ABŞ-dəki hərbi attaşesini İsraili “silahlı münaqişə zonalarında uşaqlara zərər verən” ölkələrin qara siyahısına daxil etmək qərarı barədə məlumat verib.
Qeyd olunur ki, BMT-nin qara siyahısının yenilənmiş variantı gələn həftə ictimaiyyətə açıqlanacaq.
Məqalədə deyilir: “İsrail bu qərarın… dünya ölkələrinin sanksiyalarına, o cümlədən İsrailə silah tədarükünə birbaşa təsir göstərəcəyindən qorxur”.
Bu siyahıya artıq Əfqanıstan, Kolumbiya, Konqo, İraq, Mali, Myanma, Somali, Sudan, Yəmən və Suriya, eləcə də bəzi terror təşkilatları daxil edilib.
İsrail mediası qeyd edir ki, siyahıya daxil edilən ilk demokratik dövlət İsrail olacaq.
Xuraman Etibarlı
İnterpress.az