Güclü bombardmanlar nəticəsində Qəzza xarici dünya ilə əlaqəsi kəsilib.
İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin Humanitar Məsələləri üzrə koordinatoru Lin Hastings deyib.
O bildirib ki, müharibənin də qaydaları var vı mülki insanlar qorunmalıdır.
Lin Hastings İsrailin sıx hücumlarına məruz qalan Qəzza ilə bağlı açıqlama verib.
Sıx bombardmanlar nəticəsində Qəzzanın xarici dünya ilə əlaqəsinin kəsildiyini bildirən Hastinqs bunları deyib:
“Xəstəxana xidmətləri və humanitar əməliyyatlar rabitə, enerji, qida, su və dərmanlar olmadan davam edə bilməz. Səhiyyə işçiləri, jurnalistlər və BMT əməkdaşları da daxil olmaqla, mülki şəxslərin təhlükəsizliyi ciddi risk altındadır. Müharibələrin qaydaları var. Mülki insanlar qorunmalıdır”.
Fələstin Telekommunikasiya Şirkəti İsrailin blokada altındakı Qəzza zolağına intensiv hücumları səbəbilə stasionar, mobil telefon və internet rabitə xidmətlərinin tamamilə kəsildiyini açıqlayıb.