Böyük Britaniya səfiri Azərbaycan sülhməramlılarına təşəkkür etdi – FOTObackend

Böyük Britaniya səfiri Azərbaycan sülhməramlılarına təşəkkür etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Azərbaycanın sülhməramlı qüvvələrinə təşəkkür edib.

Bu barədə britaniyalı səfir “Twitter” hesabında yazıb.

“Əfqanıstanda xidmət edən 120 Azərbaycan sülhməramlısına, Böyük Britaniya və NATO tərəfdaşlarının Kabil Hava Limanından təxliyələri zamanı təhlükəsizliyi qorumağa kömək etdikləri üçün minnətdarıq. Sağ-salamat Azərbaycana qayıtdıqlarını eşitməkdən məmnunluq duyuruq”, – deyə səfir bildirib.