Britaniyanın müdafiə naziri hərbi xərclərin artırılmasına çağırıbbackend

Britaniyanın müdafiə naziri hərbi xərclərin artırılmasına çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın müdafiə naziri hərbi xərclərin artırılmasına çağırıb.

Bu barədə Ben Uolles “Sky News” telekanalında deyib.

Nazir bildirib ki, Britaniya hökuməti potensial təhlükəyə qarşı çıxmaq üçün orduya ayrılan vəsaiti artırmalıdır.

Onun məlumatına görə, hazırda ölkənin müdafiə xərcləri ÜDM-in 2,28%-ni təşkil edir.

“Proqnozlara görə, 2026-cı ildə bizim göstəricimiz 2%-dən aşağı olacaq. Biz Avropada birinci yerdən səkkizinci yerə düşəcəyik”, – Uolles xəbərdarlıq edib.

Müdafiə naziri qeyd edib ki, Böyük Britaniya və digər Qərb ölkələrinin pilotsuz təyyarələrlə mübarizə və hava məkanını qorumaq üçün daha ​​yaxşı silahlara ehtiyacı var.