“Builki seçkilərin şəffaflığına və qalib gələcəyimə inanıram” – Partiya SƏDRİbackend

“Builki seçkilərin şəffaflığına və qalib gələcəyimə inanıram” – Partiya SƏDRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçkilər çox böyük əhəmiyyətə malikdir və ərazi bütövlüyümüz bərpa olunandan sonra ilk dəfə böyük miqyasda və möhtəşəm seçki keçiriləcək. Bu dəfəki seçki qalib xalqın, qalib insanların seçkisidir.

Bu fikirləri sentyabrın 1-də keçiriləcək seçkilərdə millət vəkili olmaq üçün namizədliyini irəli sürən “Azad Vətən Partiyası”nın sədri Akif Nağı interpress.az-a açıqlamasında səsləndirib.

Siyasətçi builki seçkilərin şəffaflığına və qalib gələcəyinə inandığını bildirib.

“Biz partiya olaraq bu il 1-ci dəfə seçkilərdə iştirak edəcəyik. Əvvəllər “Qarabağ Azadlıq TTəşkilatı”nın üzvləri kimi iştirak edirdik.
Çox maraq var, həvəs var, çox ciddi yarışma həvəsi var insanlarda.

Biz də Azad Vətən Partiyası olaraq namizədlərimizi artıq müəyyənləşdirmişik. Artıq dairəyə Zaqatala, Şəki, Bərdə, Ağdam, Cəlilabad, Daşkəsən, Tovuz və Bakının müxtəlif rayonlarından üzvlərimiz imza vərəqələrini götürmək üçün müraciətlərini ediblər.

Mən də qərarımı vermişəm, artıq sənədlərim hazırlanıb. Bu gün 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyimi verəcəm.
Orada yaşayan insanların əksəriyyəti mübarizə yoldaşlarımızdır, bir-birimizi yaxşı tanıyırıq, bu bölgələrin hər birində böyük rəğbət var.

İstəyərdik ki, namizədliyini verən hər bir şəxs sağlam rəqabət aparsın, maksimum saxtalaşdırmadan uzaq olsunlar.
Seçkiləri saxtalaşdıranlar başa düşməlidirlər ki, böyük günah edirlər. Ona görə də saxtalaşdırmadan maksimum kənarlaşmaq, səmimi olmaq, qalib gələrkən də təkəbbürdən qaçmaq lazımdır. Məğlub olanlar qalibləri təbrik etməli, ümumiyyətlə, qalib xalqın adına uyğun mühit formalaşmalıdır. İnanırıq ki, belə də olacaq.

Partiyamızın qələbəsinə çox inanırıq. Namizədlərimizin səs toplayıb qalib gələcəyinə ümid edirik.
Ümid edirik ki, Ağdam, Şuşa, Xocavənd camaatı partiya sədri olaraq Akif Nağıya səs verəcəklər. Digər namizədlərin olacağını, yaxud kimin olacağını bilməsəm də, Qarabağ uğrundakı 30 illik fəaliyyətimizi nəzərə alaraq yəqin ki, o bölgələrin sakinləri də, namizəd olacaq şəxslər də Akif Nağıya dəstək olmalı və səslərini verməlidirlər”, – partiya sədri vurğulayıb.

O qeyd edib ki, buliki seçki əvvəlki illərə nisbətən çox yaxşı təşkil olunub.

“Seçki çox yaxşı təşkil olunub. Azərbaycanın siyasi rəhbərliyi bu seçkilərə xüsusi önəm verir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu məsələ ilə məşğul olur, maarifləndirmə işləri aparır, MSK ilə əlaqəli şəkildə işləyirlər.

Biz də dairələrlə əlaqə saxlayırıq, çox xoş qarşılanırıq, dərhal cavab verirlər. Susan telefon yoxdur. Əvvəlllər zəng edirdik, cavab verən yox idi, indi isə əksinə, zənglərimiz anında cavablandırılır. Suallarımızı məmnuniyyətlə dinləyib cavab verirlər. Çox yaxşı bir seçki mühiti yaradılıb. Hesab edirəm ki, millətimiz və dövlətimiz üçün uğurlu seçki olacaq”, – siyasətçi fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az