Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olunubbackend

Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İnterpress.az-ın xəbərinə görə, oktyabrın 24-də 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.