Cəlilabadda baş verən qətlin təfərrüatı məlum oldu – YENİLƏNİBbackend

Cəlilabadda baş verən qətlin təfərrüatı məlum oldu – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Hadisə ötən gün gecə saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.

Belə ki, rayonun Günəşli kənd sakini Ragin Mirzəbala oğlu Niftullayev Qarazəncir kənd sakinləri Ceyhun Cabir oğlu Əliyevi və onun atası Cabir Saleh oğlu Əliyevi bıçaqlayıb.

Hadisə nəticəsində Cabir Əliyev ölüb, onun oğlu Ceyhun Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qətl qısqanclıq zəminində baş verib.

R.Niftullayev həyat yoldaşının C.Əliyevlə münasibətlərindən şübhələnib. Bundan sonra onun yaşadığı evə gəlib. Onu birinci olaraq Cabir Əliyev qarşılayıb. Ragin özü ilə gətirdiyi bıçaqla Cabir Əliyevi ürəyindən vurub, daha sonra oğlunu bıçaqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:17

Cəlilabadda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, aprelin 14-də saat 21 radələrində Cəlilabad rayonu, Ocaqlı kənd sakini 1988-ci il təvəllüdlü Əliyev Ceyhun Cabir oğluna bıçaqla xəsarətlər yetirilməsi, atası 1964-cü il təvəllüdlü Əliyev Cabir Saleh oğlunun isə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Ceyhun Əliyevin tanışı, əvvəllər məhkum olunmuş Niftullayev Ragin Mirzəbala oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ceyhun Əliyevə çoxsaylı xəsarətlər yetirməsinə, daha sonra həmin bıçaqla sonuncunun atası Cabir Əliyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

10:54

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Hadisə ötən gün gecə saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini ata və oğlunu bıçaqlayıb.

Bıçaqlananlardan Əliyev Cabir Saleh oğlu ölüb, onun oğlu Əliyev Ceyhun isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az