Cenevrədə münaqişəsinin həllinə dair növbəti görüş başlayıbbackend

Cenevrədə münaqişəsinin həllinə dair növbəti görüş başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş keçirilir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Twitter”də bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşü başlayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Həmsədrlər və A. Kaspşik Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla da görüşəcəklər.

 

İnterpress.az