Cənubi Afrika Respublikasının Şimal-Qərb əyalətində mədəndə baş verən qəzada 11 işçi həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. SABC dövlət televiziyasının xəbərinə görə, Rustenburq şəhərində platin mədənində 86 işçinin olduğu liftin ipi qopub.
Qəza nəticəsində 11 nəfər ölüb, 75 nəfər yaralanıb. Xəsarət alan işçilərdən 42-si xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər qəza ilə bağlı araşdırma başladıb.