Cənubi Koreya Rusiya təyyarələrinin uçuşunu İZLƏYİBbackend

Cənubi Koreya Rusiya təyyarələrinin uçuşunu İZLƏYİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Rusiya hərbi təyyarələrinə görə qırıcılarını havaya qaldırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargahı məlumat yayıb.

Cənubi Koreya bir neçə Rusiya hərbi təyyarəsinin Yapon dənizi üzərində ölkənin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olmasından sonra qırıcı təyyarələrini havaya qaldırıb.

Rusiya təyyarələrinin Ulleundo adası və onun şərqində yerləşən Tokto adaları ətrafında uçduğu bildirilir.

Cənubi Koreya hərbçiləri Rusiya təyyarələrini sözügedən zonaya daxil olmamışdan əvvəl aşkarlayıb və mümkün insidentlərə hazır olmaq üçün qırıcıları havaya qaldırıblar.

Bir müddət sonra Rusiya hərbi təyyarələri ərazini tərk edib.

Məlumata görə, Rusiya təyyarələrinin Cənubi Koreyanın hava məkanını birbaşa pozması barədə məlumat yoxdur.

Oxşar hadisə iyunun sonunda da baş verib. Həmin vaxt Rusiyaya və Çinə məxsus təxminən 10 hərbi təyyarə qısa müddətə Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olmuşdu.

Seul o zaman da qırıcılarını havaya qaldırmış və Moskva ilə Pekinə etiraz bildirmişdi.

Xuraman Etibarlı

İnterpress.az