Cənubi Koreya: Şimali Koreya bir həftə ərzində casus peyki buraxmağa hazırlaşırbackend

Cənubi Koreya: Şimali Koreya bir həftə ərzində casus peyki buraxmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik Şimali Koreyanın “bir həftə ərzində bir casus peyki buraxmağa” hazırlaşdığını bildirib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Nazir Şin Seulda yerləşən bildirib ki, Cənubi Koreya və Birləşmiş Ştatların Dövlətlər Şimali Koreyanın hərəkətlərini izləyir. Onun sözlərinə görə, Şimali Koreya təxminən bir həftə ərzində casus peyki buraxmağa hazırlaşır.

Şin ehtimal edir ki, Şimali Koreya əvvəlki peyk buraxma cəhdində yaşanan texniki nasazlığı Rusiyanın “köməki” ilə aradan qaldırıb.

Digər tərəfdən, Cənubi Koreya Baş Qərargahının (JCS) səlahiyyətlilərindən olan general-leytenant Kang Ho-pil Şimali Koreyaya hazırlaşdığı casus peyk atma cəhdini dayandırması üçün şiddətlə xəbərdarlıq edib:

“Şimali Koreya xəbərdarlıqlarımıza baxmayaraq hərbi casus peykini orbitə çıxararsa, ordumuz xalqımızın həyatını və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görəcək”.