Cənubi Koreyanın “Shahed” analoqu olan pilotsuz uçuş aparatının dəniz sınağı uğursuz olub.
İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə sənayesinə dair məlumatlar yayılıb.
Cənubi Koreyanın milli istehsalı olan və Rusiyanın “Geran”, İranın “Shahed” pilotsuz uçuş aparatlarına analoq kimi təqdim edilən dronun dəniz sınaqları uğursuz nəticələnib.
Məlumata görə, gəmi daşıyıcısından buraxılan iki pilotsuz uçuş aparatı uçuşu davam etdirə bilməyərək dənizə düşüb.
Bununla yanaşı, daha əvvəl qurudan həyata keçirilən onlarla sınaq buraxılışının uğurla başa çatdığı bildirilir.
Dənizdən buraxılış zamanı yaranan nasazlıqların səbəbləri barədə əlavə məlumat verilməyib.

Xuraman Etibarlı
İnterpress.az






