Ceyhun Bayramov TDT-dən olan həmkarlarını Ermənistanla normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumatlandırıbbackend

Ceyhun Bayramov TDT-dən olan həmkarlarını Ermənistanla normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumatlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında həmkarlarına Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə həmkarlarına geniş məlumat verib.

Həmçinin TDT-nin gücləndirilməsi təşəbbüsləri, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivləri vurğulanıb.