Ceyhun Bayramov Ukraynaya başsağlığı veribbackend

Ceyhun Bayramov Ukraynaya başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov təyyarə qəzası ilə bağlı Ukraynaya başsağlığı verib.
İnterpress.az-ın xəbərinə görə, Ceyhun Bayramov bu barədə “Twitter”də paylaşım edib.
“Xarkovda faciəli hərbi təyyarə qəzası nəticəsində insan tələfatından dərindən kədərləndik. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Yaralıların tez bir zamanda sağalmasını diləyirik. Dəstək və həmrəyliyimiz Ukrayna hökuməti və xalqı ilədir”, – deyə XİN başçısı bildirib.
Xatırladaq ki, dünən Xarov vilayətinin Çuquyev şəhəri yaxınlığında An-26 hərbi təyyarəsi qəzaya uğrayıb.
Qəzada 26 nəfər həlak olub.
İnterpress.az