Çin gəmiləri Yaponiyanın ərazi sularını pozubbackend

Çin gəmiləri Yaponiyanın ərazi sularını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya milli ərazi sularını pozduğu bildirilir.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, Yaponiyanın ərazi sularını pozmaqda Çinin 4 sahil mühafizə gəmisi iştirak edib.

Belə ki, Çin gəmiləri mübahisəli Senkaku adaları bölgəsində Minamikojima və Uotsuri adaları yaxınlığında Yapon balıqçı gəmilərinə yaxınlaşıb.

Pozuntudan sonra bölgəyə sövq edilən Yaponiya Sahil Mühafizəsi elementləri Çin gəmilərinə bölgəni tərk etmələri barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Çin gəmiləri yanvarın 10-da da Yaponiyanın ərazi sularını pozub.