Çin və Rusiyanın Qazaxıstan anlaşması: “Fəaliyyəti davam edəcək” – Təhlilbackend

Çin və Rusiyanın Qazaxıstan anlaşması: “Fəaliyyəti davam edəcək” – Təhlil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi analitik Gülsel Səfərova yazır…

Xarici mətbuatı, əəsasən də Qərbi  monitorinq etməklə, baş verən hadisələrdə qütblərin siyasi mənafelərinin 70%-ni bilmək olur. ABŞ və Brüsselin mətbu materiallarında NATO-dakı Rusiya-Ukrayna arasında daha da gərginləşmiş münasibətlərə dair görüşlər barədə məqalələrə geniş yer ayrılır. ABŞ-ın marağı Ukraynanı NATO üzvlüyünə qəbul etdirib, beləcə Rusiyaya qarşı bufer zona yaratmaqdır. Bu, aydındır.

Qazaxıstan onun maraq dairəsi deyil, niyə də olsun?

Əfqanıstanda ABŞ-ın (NATO) missiyası bitdikdən sonra Orta Asiya ona elə də cəlbedici görünmür. Bu barədə

Əfqanıstanda Taliban hökuməti hakimiyyətə gəldikdə yazmışdım. Və bundan sonra həmin regionda yeni qaydalar diktə olunacaq. ABŞ tərəfindən yox, Rusiya tərəfindən…Çinin də rolu var. Türk Dövlətləri Təşkilatı elə də güclü deyil ki, ABŞ özünə qarşı hərbi və daha sonra siyasi maneə hesab etsin. Burada məsələ yeni dünya düzənində hərənin öz payını almasıdır. Hazırda iki qütb Ukrayna üstündə mübarizə aparır. Ukrayna Avropadır, Ukrayna xristian toplumudur, Ukrayna Rusiya və Avropa ilə sərhəddir. Avropa və ABŞ-a görə daha vacibi budur. Normaldır. Qazaxıstan isə Çin və Rusiya anlaşmasına görə öz fəaliyyətini davam edəcək. Sadədir, amma planları mükəmməldir.

İnterpress.az