Çindən gələn ölümcül Metapnevmovirus Rusiyaya çatır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Rusiyanın bir sıra regionlarında metapnevmovirus epidemiyası baş verib.
Epidemiya Sverdlovsk vilayətində, Buryatiya və Altay Respublikasında qeydə alınıb.
Xəstəliyə yoluxanların əksəriyyəti uşaqlardır ki, bu da bir sıra məktəb və uşaq bağçalarının karantin üçün bağlanmasına səbəb olub.
Xəstəliyin simptomları arasında bir həftə davam edən 38 ° C-yə qədər olan temperatur, üşütmə, şiddətli öskürək və nəfəs darlığı daxildir.
Temperaturun 39,5 ° C-yə çatdığı hallar var.
Xuraman Etibarlı
İnterpress.az