Çin 2030-cu ilə qədər insanlı missiya təşkil edərək Aya ayaq basmağı hədəflədiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) direktor müavini Lin Xiiang keçirdiyi mətbuat konfransında bildirib ki, onlar insanlı kosmik proqramın Ay fazası üzərində işlərə başlayıblar.
Lin proqramın əsas məqsədinin 2030-cu ilə qədər Aya enmək və orada elmi araşdırmalar və texnoloji təcrübələr aparmaq olduğunu bildirib.
Bunun üçün əsas texnologiyaların inkişaf etdirilməsi lazım olduğuna işarə edən Lin, gediş-dönüş, eniş, qısa müddət ərzində qalma, kəşfiyyat, nümunə toplama, araşdırma və geri dönüş kimi vəzifələri yerinə yetirərək Ayın kəşfiyyat proqramı üçün müstəqil tutum yaratmağı hədəflədiklərini qeyd edib.