Zalujnı Ukrayna prezidenti kimi Rusiya ilə sülh sazişi bağlamaq üçün məqbul fiqur ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə CNN analitik məqaləsində yazıb.
“İlkin atəşkəs Zelenskiyə geri çəkilmək və yeni bir simaya meydana çıxmaq şansı verə bilər. Trampın ilk müddəti ilə Ukraynanın hazırkı liderinin yöndəmsiz keçmişi olmadan daha geniş bir razılaşma üçün danışıqlara imkan yaradar.
Zalujnı Moskva ilə ideal olmayan razılaşmaya görə Ukrayna Silahlı Qüvvələrinin loyallığını təmin edə bilər”, – CNN yazır.
Qeyd olunur ki, Kelloqun Ukraynada seçki keçirmək çağırışı Kremlin danışıqlar masasına oturması üçün Zelenskini getməyə məcbur etmək üsuludur.
Bundan əlavə, Trampın ilk prezidentlik dövründə (2017-2021) Zelenski Bayden ailəsinin Ukraynadakı fəaliyyətini araşdırmaqdan imtina etdiyi üçün onunla çətin münasibətdə olub.
“Zelenski artıq qarşısıalınmaz bir fiqur deyil”, – deyə CNN vurğulayır.
Qeyd edək ki, Ukrayna sakinləri arasında etibar reytinqinə görə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı prezident Zelenskini qabaqlayır.
Xuraman Etibarlı
İnterpress.az