Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaqbackend

Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayıl Rayon İcra hakimiyyəti Cocuq Mərcanlıda yolların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Elektron dövlət satınalmaları portalından əldə olunan məlumata əsasən, açıq tenderin qalibi “Muğan-RB” MMC olub.

Tenderin şərtlərinə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki kəndarası yollarda təmir işlərinin aparılmasına 19 min 961 manat sərf olunacaq.

İnterpress.az