“Crocus City Hall”da terror aktı törədənlərin həbs müddəti UZADILDIbackend

“Crocus City Hall”da terror aktı törədənlərin həbs müddəti UZADILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə “Crocus City Hall”da terror aktını törədənlərdən biri Dalerjon Mirzoyevin həbs müddətini uzadıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Krokus terrorçusu Dalerjon Mirzoyevin həbs müddəti uzadılıb.

O, avqustun 22-dək istintaq təcridxanasında qalacaq.

Moskvanın Basmannı məhkəməsi Crocusda terror aktı ilə bağlı işdə iştirak edən digər şəxslərin – Murodəli Rəçabalızodenin, Məhəmmədsobiru Fayzovun həbs müddətini uzadıb.

Məhkəmənin Şəmsidin Fəriduni, Nəzrimad Lütfulloi, Məhəmməd Şaripzoda, Yakubconi Yusufzoda və Cumaxon Kurbonovun həbs müddətinin uzadılması ilə bağlı vəsatətlərə baxacağı gözlənilir.

Xatırladaq ki, “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı şübhəli bilinən on iki nəfər həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az