Xiva rayonında 5 yaşlı qızı qaçıraraq gecə boyu zorla saxlayan kişi tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xiva rayonunda 59 yaşlı yerli sakin 5 yaşlı qızı evindən zorla apararaq naməlum istiqamətə gedib.
Hadisə ilə bağlı məlumat avqustun 26-da rayon polis şöbəsinə daxil olub.
İlkin məlumata görə, hadisə avqustun 25-də saat 20:10 radələrində rayonun kəndlərindən birində baş verib.
Şübhəli şəxs qızı avtomobili ilə meşə ərazisinin kənarına aparıb və orada bıçaqla hədələyərək uşağı gecə boyu zorla saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini saxlayıb, 5 yaşlı qız isə azad edilərək ailəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






