Dağıstanda terror aktları zamanı “ləzginka” oynayan gənclər SAXLANILDI – VİDEObackend

Dağıstanda terror aktları zamanı “ləzginka” oynayan gənclər SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda baş verən terror aktları zamanı Pyatiqorskda “ləzginka” oynayan gənclər saxlanılıb.

interpress.az xəbər verir ki, bununla bağlı videonu şəhərin meri Dmitri Voroşilov yayımlayıb.

Dağıstanda baş verən terror aktları zamanı “ləzginka” rəqsi edən gənclər saxlanılıb.

“Bunlar nəyə sevinir? Uşaqların, polislərin, mülki şəxslərin ölümünə? Onlar polis əməkdaşları tərəfindən saxlanılıb, ənənəvi olaraq kamera qarşısında üzr istəyiblər və yəqin ki, inzibati cəzaya məruz qalacaqlar. Ümid edirəm ki, hüquq-mühafizə orqanları cinayət işlərinə baxacaq. İcazə və qanunsuzluq sərt şəkildə cəzalandırılmalıdır”, – mer yazıb.

Son məlumatlara görə, terror aktları nəticəsində 24 nəfər həlak olub, onlardan 15-i polis əməkdaşı, 4-ü mülki şəxs, o cümlədən keşiş və 5-i silahlı olub.

Xuraman Etibarlı

İnterpress.az