Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı Moskvada ÖLDÜRÜLDÜbackend

Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı Moskvada ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanın keçmiş vitse-premyerinin və eks-deputatın dul arvadı öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətində Dağıstanın keçmiş vitse-premyeri və Rusiya Dövlət Dumasının sabiq deputatı Hacı Mahmudovun dul arvadı, 43 yaşlı Anna Kameneva öldürülüb.

Onun meyiti “Jukovka-3” kottec qəsəbəsində aşkarlanıb.

Məlumata görə, qadının yanında travmatik tapança və patron gilizləri tapılıb. Hadisə yerində qan izləri və üzərində qan olan dəsmal da aşkar edilib.

Hüquq-mühafizə orqanları cinayətlə bağlı Annanın 17 yaşlı oğlunun dostunu şübhəli şəxs qismində saxlayıb.

Hadisənin motivi və ölümün dəqiq səbəbi ilə bağlı araşdırma aparılır.

Anna Kameneva Moskva Dövlət Universitetində cinayət hüququ üzrə müəllim işləyib.

Onun həyat yoldaşı Hacı Mahmudov iki dəfə Rusiya Dövlət Dumasının deputatı olub və Dağıstan hökuməti sədrinin müavini vəzifəsini tutub.

O, 2013-cü il dekabrın 19-da Moskvada Kutuzov prospektində baş verən yol qəzasında həlak olub.

Xuraman Etibarlı

İnterpress.az