“Dark Storm Team” haker qrupu X sosial şəbəkəsinə edilən kiberhücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
İnterpress.az xəbər verir ki, bu barədə OSINT tədqiqatçısı öz qapalı Telegram kanalına istinadən məlumat verib.
Bildirilir ki, Fələstin tərəfdarı olan “Dark Storm Team” haker qrupu X sosial şəbəkəsinə edilən kiberhücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
“Dark Storm Team” 2023-cü ildə İsrail və HƏMAS arasında müharibə başlayandan sonra yaradılmış Fələstin tərəfdarı haker qrupudur.
Keçən ay o, NATO ölkələrində, İsraildə və yəhudi dövlətini dəstəkləyən ölkələrdə hökumət saytlarını hədəf alan bir sıra kiberhücumlara başlayacağına dair bəyanat yaymışdı.
Bu gün səhər saatlarında X sahibi Musk sosial şəbəkənin kəsilməsinin kütləvi kiberhücumla bağlı olduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az