Dələduzluğa görə fəaliyyəti dayandırılan vəkil həbs edilibbackend

Dələduzluğa görə fəaliyyəti dayandırılan vəkil həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha bir vəkil həbs edilib.

İnterpress.az xəbər verir ki, dələduzluqda ittiham olunan Fuad Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə F.Əliyev haqda həbs qətimkan tədbiri seçilib.

Vəkillər Kollegiyasından “Report”a bildirilib ki, vəkil Əliyev Fuad Vilayət oğlu ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında Heyətin 17 may 2024-cü il və 10 iyul 2024-ü il tarixlərində fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarlar qəbul edilib.