Deputatlığa namizəd Tənzilə Rüstəmxanlı seçicilərlə görüşünü davam etdirib – FOTOLARbackend

Deputatlığa namizəd Tənzilə Rüstəmxanlı seçicilərlə görüşünü davam etdirib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı seçicilərlə son görüşünü avqustun 30-da Xol Qarabucaq kəndində keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Tənzilə Rüstəmxanlı Xol Qarabucaqda şəhid ailələrini ziyarət edib.

Bundan bir müddət öncə bu kənddə böyük izdihamlı görüş keçirməsinə baxmayaraq, Tənzilə xanım yenidən qadınların üstünlük təşkil etdiyi bir görüşdə iştirak edib.

Görüş səmimiyyət və qarşılıqlı hörmət şəraitində keçib.

Qadınların sosial qayğıları, problemləri dinlənilib, təklifləri qeydə alınıb. Xanım namizəd millət vəkili seçiləcəyi halda da tez-tez Neftçala xanımlarının görüşünə gələcəyini, onlardan diqqət və qayğısını əsirgəməyəcəyini bildirib.

Görüşdə həmçinin Tənzilə Rüstəmxanlının vəkilləri – Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, gənc siyasətçi və ictimai fəal Hüseyn Qurbanov, iş adamı, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin rəhbəri Məlahət Qurbanova, xeyriyyəçi iş adamı Hacıyeva Gülnurə, kənd camaatı, şəhid və qazi ailələriinin iştirak edib.