Dünya liderlərindən Ukrayna və Zelenskiyə DƏSTƏK MESAJLARI GƏLİRbackend

Dünya liderlərindən Ukrayna və Zelenskiyə DƏSTƏK MESAJLARI GƏLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya liderlərindən Ukraynaya və Zelenskiyə dəstəklər gəlir.

İnterpress.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.

Polşanın baş naziri Donald Tusk, Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evə səfərinin prezident Tramp və vitse-prezident Venslə mübahisəsi səbəbindən pozulduqdan sonra Ukrayna xalqına dəstəyini ifadə edib.

Donald Tusk Ağ Evdəki hadisələrə daha çox istinad etmədən dəstəyini ifadə edib, lakin onun mesajının Vaşinqtondakı qalmaqala aid olduğu aydındır.

“Hörmətli Volodimir Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”, – Polşanın baş naziri yazıb.

İspaniyanın Baş naziri Pedro Sançes də öz dəstəyini bildirib.

“Ukrayna, İspaniya sizinlədir”, – o yazıb.

Moldova prezidenti Maya Sandu da Ukraynaya dəstəyini ifadə edib.

Xuraman Etibarlı

İnterpress.az