Dünyada yeni kərtənkələ növü tapılıb: uçur və gülümsəyirbackend

Dünyada yeni kərtənkələ növü tapılıb: uçur və gülümsəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər Hindistanda ağacdan ağaca uçan və gülən yeni kərtənkələ növünü kəşf ediblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

May ayında Nature jurnalında dərc olunan araşdırmaya görə, elm adamları Hindistanda yeni yamac paraşütü kərtənkələ növünü kəşf ediblər.

Tədqiqatçılar Hindistanın şimal-şərqində gekkon populyasiyalarını araşdırarkən iri gözlü, gülümsəyən sürünənlər müşahidə edilib.

Bu canlının elmi adı Gekko Mizoramensisdir. Amma elm adamları mini kərtənkələləri ağacdan ağaca sürüşmək vərdişlərinə görə “paraşüt kərtənkələləri” adlandırıblar.

Heyvanlar havada sürüşmək üçün bədənlərinin və quyruqlarının yanında dəri üzgəclərindən istifadə edirlər.

Paraşüt kərtənkələləri Banqladeş, Myanma, Tayland və Kambocada yaşayır, lakin tədqiqatçılar yeni növləri ilk dəfə Hindistanda görürlər.

Tədqiqatçılar kərtənkələləri əl ilə tutaraq, Hindistandakı bu yeni növün yerdən təxminən 150-360 santimetr yüksəklikdə olduğunu müəyyən ediblər.

Araşdırmaya görə, bu növ ən çox alacakaranlıqda ortaya çıxır və onlar tarakan və güvə kimi həşərat növlərindən ibarət ovlarını da günün bu vaxtında ovlayırlar.