Dünyanın ən yaşlı vəhşi aslanı öldürüldübackend

Dünyanın ən yaşlı vəhşi aslanı öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 yaşlı erkək şir Loonkiito mayın 10-da axşam saatlarında ölkənin cənubunda Amboseli Milli Parkı ilə həmsərhəd Olkelunyiet kəndində öldürülüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Keniya Vəhşi Təbiət Xidmətinin (KWS) sözçüsü Paul Jinaro bildirib ki, zəif və qoca aslan yemək axtarmaq üçün Amboseli Milli Parkını tərk edərək kəndə daxil olub.

Qoca aslanın kənd sakinləri tərəfindən nizə ilə öldürüldüyü qeydə alınıb.

Aslanları mühafizə təşkilatı Loonkiitonun ekosistemdəki və Afrikadakı ən yaşlı erkək aslan olduğunu bildirib.

Ümumdünya Təbiət Fondunun (WWF) məlumatına görə, təbiətdə orta ömrü 13 il olan şirlərin əksəriyyəti Afrikada, bəziləri isə Hindistanda yaşayır.